Ağstafada məktəbin təmirinə 3 milyon manat ayrıldı - <span style="color:red;">SƏRƏNCAM
21 oktyabr 2016 18:18 (UTC +04:00)

Ağstafada məktəbin təmirinə 3 milyon manat ayrıldı - SƏRƏNCAM

 

Prezident Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

 Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar