Ötən il Azərbaycanda viruslu hepatitə yoluxma halları aşağı düşüb
28 iyul 2014 15:02 (UTC +04:00)

Ötən il Azərbaycanda viruslu hepatitə yoluxma halları aşağı düşüb

0

Ölkəmizdə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə aşağı düşüb. Lent.az-ın məlumatına görə, bu 28 İyul - Beynəlxalq Hepatitlə Mübarizə günüdə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumatda deyilir ki, 2010-cü ildə bütün tip hepatitlər üzrə ilkin aşkarlanma 1282 olmuşdursa, bu göstərici 2013-cü ildə 524 olub. Bunlardan da 2010-cu ildə Hepatit A 656, B 383, Hepatit C 224 nəfərdə aşkarlanıb. 2013-cü ildə isə hər birində xeyli azalma müşahidə olunub. Ümumi aşkarlanan 524 haldan Hepatit A 150, B 223, Hepatit C 151 nəfərdə aşkarlanıb.

 

Qeyd edək ki, İnsanın xroniki xəstəliyə məruz qaldığı hepatit viruslarına qarşı mübarizə səylərini gücləndirmək məqsədi ilə Ümumdünya Səhiyyə Assambleyası 2010-cu ildə 18 saylı Qərarına əsasən  28 İyul - Beynəlxalq Hepatitlə Mübarizə günü kimi qeyd  olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 789

Oxşar yazılar