"Ölkədə qrip epidemiyası təhülkəsi yoxdur" - <span style="color:red;">BAŞ İNFEKSİONİST
21 oktyabr 2016 12:14 (UTC +04:00)

"Ölkədə qrip epidemiyası təhülkəsi yoxdur" - BAŞ İNFEKSİONİST

 

“Hazırda qrip infeksiyanın elə bir ciddi təhlükə təşkil edən dövrü deyil. Ölkə üzrə qrip virusuna yoluxma hallarında azalma müşahidə olunur”. Bunu Lent.az-a açıqlamasında ölkə üzrə baş infeksionist Cəlal İsayev deyib.

 

C.İsayev bildirib ki, qış mövsümi yeni başladığından hazırda çox az, tək-tək qrip halları müşahidə olunur. Ancaq  qış aylarında bu sayda artma ola bilər.

 

Hələ ki, respublikada qrip epidemiologiyasının aşkarlanmadığını vurğulayan baş infeksionist qeyd edib ki, insanlar arasında qripə oxşar hallar, soyuqdəymə ilə bağlı müxtəlif xəstəliklər olur, bunun isə qrip olduğunu düşünürlər: “Amma kliniki baxımdan qripə oxşayan xəstəlik deyil. Başqa mənşəlidir. Bu il qriplə bağlı bizə müraciət edən olmayıb”.

 

“Ötən illə müqayisədə hazırda kəskin respirator virus infeksiyasına rastlanma sayı çox azdır” deyə, C.İsayev əlavə edib.

 

Payız-qış mövsümi ilə əlaqəli soyuq fəsillərdə virus infeksiyasının, qrip ehtimalının artdığına diqqət çəkən C.İsayevin sözlərinə görə, bu viruslar soyuqda uzun müddət qala bildiklərindən onlarla yoluxma ehtimalı yüksəlir: “Ona görə qrip və digər kəsin respirator virus infeksiyalarının artam halı payız-qış mövsümünə təsadüf edir”.

 

Baş İnfeksionist qrip və qripəbənzər infeksiyalardan qorunmaq üçün məsləhətlərini də verib.

 

İlk əvvəl sağlam həyat tərzinin, düzgün qidalanmanın və normal yuxu rejiminin vacibliyini vurğulayan C.İsayev tövsiyə edir ki, əhali infeksiyalardan qorunmaq üçün daha çox bitki məhsulları, meyvə-tərəvəz yeyilməli, vitaminlə zəngin qidalanmalıdır: “Bundan başqa xalq təbabətində qrip əleyhinə istifadə edilən müxtəlif vasitələr var. Məsələn, sarımsaq-soğan. Gündə bir dəfə bir ədəd sarımsaq və bir baş soğan yesinlər. Bu, qripdən qorunmağı, yüngül keçməsini şərtləndirə bilər. Cökə yarpağının çayını, kəklikotu, zəncəfil çayı, zəncirotu çiçəyi çayı, bütün bunlar antiviral təsirə malik olan vasitələrdir. Onlardan istifadə olunsa,  qripə yoluxsaq belə yüngül keçər. Orqanizmin vitamin balansı yüksək olmalıdır. Açıq havada gəzmək, idmanla məşğul olmaq lazımdır.  Normal yuxu rejimi olmalıdır. Spirtli içki və tütün məhsullarından uzaq durmaq məsləhətdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Fərizə Əhmədova

Oxşar yazılar