<b>Bakıda ciddi qaz təchizatı problemi yaşanır</b> - <span style="color:red;">SİYAHI
17 oktyabr 2016 14:49 (UTC +04:00)

Bakıda ciddi qaz təchizatı problemi yaşanır - SİYAHI

 

Havaların soyuq keçməsi ölkə ərazisində kommunal xidmətlərlə bağlı ciddi problem yaradıb. Qaz təchizatında yaşanan ciddi problem isə daha çox gündəmə gəlib.

Lent.az-a daxil olan şikayətlərə görə, Ayna Sultanova küçəsi, H.Əliyev (İnqilab) küçəsi, Təbriz küçəsi, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi, Masazır rayonu Rafiq Dünyamalıyev küçəsi,  Biləcəri qəsəbəsi, Bakı şəhər 7-8-ci mikrorayon ərazilərində, 4-cü mikrorayon ərazisində, Ramana qəsəbəsi Aşurbəyovlar küçəsi, Yasamal rayonu, Abşeron rayon Höküməli qəsəbəsi, Yeni Günəşli, Zabrat-1 və Zabrat-2 yaşayış massivlərində ciddi qaz təchizatı problemi yaşanır.

 

Biləcəri qəsəbəsində sakinlər qazla yanaşı, su qıtlığı da çəkir.

 

Xətai rayonu Zığ yolu üzərindəki yaşayış massivlərində qazın təzyiqi aşağıdır. Bakı şəhər 7-8-ci mikrorayon ərazisində yaşayan sakinlərin dediklərinə görə, artıq üç gündür ki həmin ərazidə yaşayış evlərində qaz gəlmir. Bundan başqa, "Vorovski" qəsəbəsində artıq neçə gündür qazın təzyiqi çox azdır.

 

Xəzər rayonu Binə qəsəbəsinə isə 1 həftədir qaz gəlmir. Saray qəsəbəsində də eyni zamanda həm su, həm də qaz problemi var.

Xırdalan sakinlərin dediyinə görə, həmişə qış gələn kimi qaz yoxa çıxır. Hazırda isə Xırdalan sakinləri həm su, həm işıq, həm də qaz problemi yaşayır. Nizami rayon Keşlə qəsəbəsində qaz demək olar, yox dərəcəsindədir.

Maştağa qəsəbəsi, Yasamal rayonu, Binəqədi qəsəbəsi, Yeni Yasamal, Xalqlar Dostluğu sakinləri də qazın gəlməməsi, təzyiqinin az olması ilə bağlı şikayət edirlər.

Sakinlər işıq və qazsız ciddi problem yaşadıqlarını və qaz olmadan evləri isitməyin mümkün olmadığını deyirlər.

 

“Havalar soyuyanda qaza tələbat artdığından əhali daha çox qazın təzyiqinin zəif olmasından şikayət edir”. “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Lent.az-a açıqlamasında deyib ki, son üç gün ərzində ölkə ərazisində qeydə alınan soyuq hava ilə əlaqədar əhalinin qaz verilişinə tələbatı artıb və buna görə qaz təchizatında ciddi problemlər ortaya çıxıb. İ.Kərbəlayev deyib ki, 15-16 oktyabr tarixlərində respublika üzrə 1 milyon 193 min kubmetr qazın verilişi təmin olunub: “Havaların soyuması nəticəsində əhalinin təbii qaza olan tələbatı artdıqca, istehlakçılara təbii qazın verilişi də artır. “Azəriqaz"-ın 104 və 185 saylı Çağrı Mərkəzlərinə də şikayətçilər müraciət edirlər. Şikayətlər nəzərə alınaraq əməkdaşlarımız tərəfindən zəruri işlər görülərək çatışmazlıqlar aradan qaldırılır”.

 

Qurum rəsmisi onu da qeyd edib ki, yaşayış evlərinin isidilməsi üçün əvvəlcə debitor borcu olmayan qazanxanalara qazın verilişi təmin olunacaq : “ Digər qazanxanalarla bağlı aidiyyatı orqanlara müraciət olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Fərizə Əhmədova

Oxşar yazılar