<b>Şagirdlərin həyatı təhlükədə olan məktəblə bağlı <span style="color:red;">RƏSMİ AÇIQLAMA   </b>
14 oktyabr 2016 17:29 (UTC +04:00)

Şagirdlərin həyatı təhlükədə olan məktəblə bağlı RƏSMİ AÇIQLAMA

 

Tovuz rayonu, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagird və müəllim heyəti məktəbdəki şəraitsizlikdən və istilik təchizatının olmamağından şikayət edirdilər. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən də bildirilmişdi ki, məktəbin hazırda istifadə etdiyi mavi yanacağa olan borcu isə 57 min manatdır. Yeni tədris ili üçün isə yeni müqavilə imzalanmayıb. Borc tam ödənilməmiş yeni razılaşmanın əldə edilməsi mümkün olmayacaq.

 

 Məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyindən bildirilib ki, Bozalqanlı kənd tam orta məktəbi Azəristilitəchizat ASC tərəfindən qızdırılır: “Bizə verilən məlumata görə borc məbləği 2016-cı ilin yanvarın 1-nə qədər olan borcdur. Hal-hazırda Azəristiliktəchizat ASC-nin Tovuz rayon şöbəsi ilə danışıqlar aparılır. 2016-cı ilin noyabrın 15-dən məktəbə istiliyin verilməsinin bərpası planlaşdırılır”.

 

Bundan başqa qeyd olunub ki, Bozalqanlı kənd tam orta məktəbinə Təhsil Nazirliyinin nümayəndələri tərəfindən baxış keçirilib və məktəbin əsaslı təmir olunması məqsədəuyğun hesab edilib. Bu məsələyə növbəti illərin proqramları çərçivəsində baxılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Fərizə Əhmədova

Oxşar yazılar