Təhsil Nazirliyinin daha bir şöbəsinin adı dəyişdirilib. Nazirliyin dərslik və nəşriyyat şöbəsinin adı nazir Mikayıl Cabbarovun əmri ilə Tədris resursları şöbəsi adı ilə əvəzlənib. Həmin şöbəyə Faiq Şahbazlı rəhbərlik edir.
Bundan başqa, bir müddət öncə nazirlikdə bir neçə şöbənin də adı dəyişdirilib. Belə ki, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi İnsan Resusları Şöbəsi, Kənd məktəbləri ilə iş şöbəsi Məktəbəqədər və ümumi təhsil şöbəsi kimi adlandırılıb. Bundan başqa, M. Cabbarov nazirlikdə bir sıra struktur islahatları da həyata keçirib.