Nazir:” Müəllimlərin qiymətləndirilməsi davam etdiriləcək”
14 oktyabr 2016 16:11 (UTC +04:00)

Nazir:” Müəllimlərin qiymətləndirilməsi davam etdiriləcək”

“Müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinin davam etdiriləcək, əməkhaqqısı artırılan müəllimlərin sayının 100 minə çatdırılacaq”.

 

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün Təhsil Nazirliyində keçirilən dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində deyib.

Təhsil sahəsində əldə edilən uğurlarda müəllimlərin danılmaz və aparıcı rolu olduğunu  vurğulayan nazir  bildirib ki, 2012-ci ilin buraxılış imtahanlarında şagirdlərin 50 faizi müsbət qiymət alırdısa, 2016-cı ildə bu göstərici 67 faiz təşkil edib.

Artıq bir neçə ildir ki, müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparıldığını diqqətə çatdıran M.Cabbarov müəllim peşəsinin nüfuzunun artırılması, onun yüksək biliyə sahib olması, habelə pedaqoji təhsilə bilikli gənclərin cəlb edilməsi ilə bağlı tətbiq olunan mexanizmlər barədə danışıb və qeyd edib ki, son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllimlik peşəsini seçən yüksək ballı məzunların sayı xeyli artıb.

 

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən bir qrup təhsil işçisini təbrik edib.

 

Mərasimdə təltif olunan müəllimlər təhsil işçilərinə göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib və işlərində əzmlə çalışacaqlarını qeyd ediblər.

Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Qeyd edək ki, mərasimdə nazir müavinləri Ceyhun Bayramov, Firudin Qurbanov və KİV nümayəndələri də iştirak ediblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar