Millət vəkili Qənirə Paşayeva Suraxanı rayonunda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, H.Sarabski adına Mədəniyyət Evinin "Bizim Evin Qonaqları" layihəsinin qonağı olub. Lent.az-ın məlumatına görə, tədbirdə Q.Paşayevanın kitablarının imza mərasimi də olub.
Kitabsevərlərlə bir arada olmaqdan məmnun olduğunu dilə gətirən millət vəkili onları dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibəti ilə təbrik edib, ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan və hər bir vətəndaşın üzərinə düşən vəzifələrdən danışıb. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da bu cür görüşlərin keçirilməsi cəmiyyətdə kitaba və mütaliəyə olan marağın artırılmasında mühüm rol oynayır. Oxucularla yaradıcılığı və kitablarla bağlı müzakirə aparan millət vəkili həmçinin onları maraqlandıran sualları da cavablandırıb.