Mili Məclis ictimai yerlərdə dini təbliğatın qadağan olunması müzakirə ediləcək
13 oktyabr 2016 11:11 (UTC +04:00)

Mili Məclis ictimai yerlərdə dini təbliğatın qadağan olunması müzakirə ediləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə və

İnzibati Xətalar Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər layihəsi müzakirə edilib.

APA-nın məlumatına görə, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində Azərbaycanda islam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparıldığı halda 2000 manatdan 5000 manatadək cərimə yaxud bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması təklif edilib.

 

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların də digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsinə, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənarda yerləşdirilməsinə görə vətəndaşların 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslərin 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək cərimə olunmaları öz əksini tapıb.

 

Eyni zamanda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin 2000 manatdan 2500 manatadək cərimə olunmaqla inzibati qaydada Azərbaycan hüdudlarından kənara çıxarılmaları təklif olunub.

 

Hər iki layihə MM-in plenar iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

APA Baycan

Oxşar yazılar