Mikayıl Cabbarov şagirdlərlə kitab müzakirə etdi
16 dekabr 2014 12:22 (UTC +04:00)

Mikayıl Cabbarov şagirdlərlə kitab müzakirə etdi

 

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə "Mütaliə mədəniyyətinin və oxuya motivasiyasının yüksəldilməsi" layihəsinin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar, eləcə də Bakı və Sumqayıt məktəblərinin direktorları iştirak edib.

 

Məktəbin direktoru Yuliya Kərimova bildirib ki, layihənin məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsi ilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir.


 

Təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı vurğulayıb ki, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına təsir göstərəcək. O, layihənin ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə həvəsini artıracağını və onların bədii estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini vurğulayıb.



Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar layihənin əhəmiyyətini yüksək dəyərləndirib. Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən AYB sədri bu prosesə dəstək verəcəklərini bildirib.



Sonra nazir, yazıçılar və müxtəlif yaş qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri mütaliə etdikləri kitabları müzakirə ediblər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar

Süni intellekt bir foto ilə ölüm riskinizi  müəyyən edir

Süni intellekt bir foto ilə ölüm riskinizi müəyyən edir

22 may 2025 , 19:20
Ən tənbəl  BÜRCLƏR AÇIQLANDI

Ən tənbəl BÜRCLƏR AÇIQLANDI

22 may 2025 , 18:32
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

22 may 2025 , 17:40
Nazim Rəcəbov 4 ölkədən  olan həmkarı ilə görüşdü

Nazim Rəcəbov 4 ölkədən olan həmkarı ilə görüşdü

22 may 2025 , 17:13
Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

22 may 2025 , 16:41
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

22 may 2025 , 16:38
Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Vyanada işgüzar səfərdədir

22 may 2025 , 15:35
Ərşad Əzimzadə

Sağlamlığın səkkiz SƏSSİZ DAHİSİ

22 may 2025 , 15:25