Mayın 12-dən 9 illik bazadan kolleclərə ərizə qəbulu başlayır
01 may 2014 14:50 (UTC +04:00)

Mayın 12-dən 9 illik bazadan kolleclərə ərizə qəbulu başlayır

Mayın 12-dən Azərbaycanda ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanılır. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, ərizə qəbulu mayın 12-dən iyunun 12-dək internet vasitəsilə aparılacaq. Onun sözlərinə görə, ümumi orta təhsil səviyyəsini 2013 və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən özləri təsdiqləyə bilərlər. Ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumtəhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməlidirlər.

Ümumi orta təhsil (9 illik) səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Komissiya sədri onu da qeyd edib ki, ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. “Buraxılış imtahanını (9-cu siniflər üzrə) yalnız riyaziyyat fənni üzrə verən cari ilin məzunları (təlim dili gürcü və ya ingilis dilində olan məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda buraxılış imtahanında riyaziyyat fənni ilə yanaşı, ərizədə qeyd etdikləri bölməyə uyğun ana dili fənnindən imtahan verirlər. Qəbul imtahanında hər bir fənn üzrə abituriyentlərə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur. ixtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir”.

M. Abbaszadə onu da vurğulayıb ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. “Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34