Martın son bazarı yay vaxtına keçirik - <span style="color:red;">YENİLƏNİB
17 mart 2014 13:57 (UTC +04:00)

Martın son bazarı yay vaxtına keçirik - YENİLƏNİB

Saatların əqrəbi 1 saat irəli çəkiləcək


 

Martın 29-dan 30-na keçən gecə Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək.

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblər bir saat irəli çəkilir.

 

Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1447

Oxşar yazılar