

Küçə sənətçiləri ilə bağlı YENİLİK: "Bütün vəsaitlər özlərinə qalacaq"
“Sentyabrın 30-u küçə sənətçilərinin sənəd qəbulu prosesi başa çatıb”.
Bu sözləri Lent.az-a açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib. O bildirib ki, seçimin nəticələri təxminən 1 həftə - 10 gün ərzində məlum olacaq:

"Müraciət edənlər arasında musiqiçilər, rəqqaslar və janqlyorlar var. Küçə sənətçiləri 5 dövlət qurumu tərəfindən seçiləcək. Belə ki, sənətçiləri Dövlət Turizm Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin nümayəndələrindən ibarət komissiya üzvləri seçəcək. Onların çıxışlarına, bacarıqlarına baxılıb rəy veriləcək”.
R.Bağırov qeyd edib ki, artıq xarici praktikada bundan istifadə edilir:
“Seçilən sənətçilərlə müqavilə bağlanılacaq və onlar dövlət tərəfindən bizə təklif edilən yerlərdə çıxış edəcəklər. Seçilənlər Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində müəyyən edilmiş 20-25 yerdə çıxış edə biləcəklər. Bundan başqa onlara heç bir ödəniş verilməyəcək, eləcə də alınmayacaq, qazandıqları bütün vəsaitlər özlərinə qalacaq".
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12