<b>Kəmaləddin Heydərov özbək həmkarı ilə görüşüb</b>
03 oktyabr 2017 12:58 (UTC +04:00)

Kəmaləddin Heydərov özbək həmkarı ilə görüşüb

 

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 3-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının fövqəladə hallar naziri Rustam Curayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Özbəkistanın fövqəladə hallar naziri Rustam Curayevin ölkəmizə ilk dəfə rəsmi səfərə gəldiyini və bu səfərin fövqəladə hallarla mübarizə sahəsində ikitərəfli əlaqlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan nazir Kəmaləddin Heydərov baş verə biləcək fövqəladə hallarla mübarizə sahəsində Azərbaycanla Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə, qarşılıqlı fəaliyyətinin mühüm rol oynayacağını vurğulayıb.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən Özbəkistan Respublikasının fövqəladə hallar naziri Rustam Curayev hər iki ölkənin aidiyyatı qurumları arasındakı mövcud əməkdaşlığın dərinləşməsinin mühümlüyünü qeyd edib. Qonaq fövqəladə hallar sahəsində Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə əməkdaşlığının perspektivlərindən danışıb.

 

Sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2018-2019-cu illər üçün əməkdaşlıq üzrə tədbirlər  Planı” imzalanıb. Sənədi hər iki ölkənin fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Rustam Curayev imzalauıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404
avatar

Oxşar yazılar