Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib. Lent.az-ın məlumatına görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. 2014-cü il 1 avqust saat 11-ə olan məlumata görə 26600 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqlədib. İxtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək. İxtisas seçimini yekunlaşdırmayan abituriyentlər göstərilən vaxta qədər bu işi başa çatdırmalıdırlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.