Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin iyul ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı açıqlayıb. Dövlət Əmək Müfəttişliyi Xidmətindən Lent.az-a verilən məlumata görə, xidmət tərəfindən iş yerlərində əməyin mühafizəsinin qanunvericiliyə uyğun təşkilinə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 faiz azalaraq 11-ə enib. İstehsalatla əlaqəli qrup halında baş verən bədbəxt hadisələrin sayı isə 50 faiz azalaraq 1-ə düşüb. İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 55,5 faiz azalmaqla 4 nəfər, xəsarət alanların sayı isə 46,6 faiz azalmaqla 8 nəfər təşkil edib.
Baş vermiş istehsalat qəzaları ilə bağlı DƏMX tərəfindən əmək qanunvericiliyinə müvafiq şəkildə tədbirlər görülüb.
İstehsalatda bədbəxt hadisələrin sayı 48 faiz azalıb
0
0
0
0