"Azərenerji" bu gün baş vermiş enerji fasiləsinin səbəblərini açıqladı  - <span style="color:red;">RƏSMİ MƏLUMAT - YENİLƏNİB
12 iyul 2018 18:48 (UTC +04:00)

"Azərenerji" bu gün baş vermiş enerji fasiləsinin səbəblərini açıqladı - RƏSMİ MƏLUMAT - YENİLƏNİB

“Azərenerji” ASC bu gün ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb.

 

"APA-Economics"in xəbərinə görə, məlumatda bildirilib ki, iyul ayının 12-də saat 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib.

 

Məlumatda qeyd olunub ki, "Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, "Azərbaycan" İES və Mingəçevir SES-nə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.

 

 

"Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş verib və  xəttin mühafizəsi tərəfindən dövrədən ayılıb. Yüksək gərginlikli  220-500 kV-luq hava xətlərin altında törədilmiş hər hansı bir yanğının (onun istər başlanğıcı istərsə də inkişafı dövründə) nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izoliyasiyasının elektrik möhkəmliyini kəskin dərəcədə azalır. Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş  tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izoliyasiyasının elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısaqapanmaya gətirib çıxarır. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümükünsüz olur. Beləliklə, yanğın nəticəsində əsas güc ötürücü xətlərinin dövrəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlükə yaradır. Yüksək gərginlikli hava elektrik veriliş xətlərinin altında törədilmiş yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün “Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür", - deyə məlumatda vurğulanıb.

 

 

***

 

saat 17:37
 
“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli  hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və Regionlarda Elektrik Enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.
 
 
Bu barədə Lent.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
 
 
Onun sözlərinə görə, ”Azərişiq” ASC  öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı metrosu, H.Əliyev adına Hava limanı, su-kanalizasiya sistemi, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda  həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.
 
 
Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC  İstehlakçılarından üzr istəyir. 
 
 

***

 

16:41

 

 

Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

 

Bu barədə "APA-Economics"ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, hadisənin başvermə səbəbləri araşdırılır.

 

***

 

16:39

 

Bakıda və ölkənin müxtəlif bölgələrində yenidən işıqlar sönüb.

 

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a bildirib ki, məsələni araşdırırlar: “Yaxın dəqiqələrdə rəsmi məlumat veriləcək”.

 

İşıqların sönməsi "Bakı Metropoliteni"nin də fəaliyyətində problem yaradıb.

 

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-a bildirib ki, saat 16.10-dan 16.30-dək metropolitenin Bənövşəyi xəttinin "Avtovağzal- Memar Əcəmi" stansiyalarında işıq olmayıb. Həmin vaxt tuneldə qalan olmadığını deyən qurum rəsmisi artıq hərəkətin bərpa olunduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar