Ötən gün “Mətanət A” şirkətinin istehsal etdiyi BLOKPAN, PARMAWOOD və ROKOL Venesianka məhsullarının təqdimatına həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, təmir-tikinti və inşaat sektorunun aparıcı qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şirkət prezidenti Elxan Bəşirovun salamlama və təşəkkür məktubu oxunub. Məktubda şirkətin yaranma tarixi, fəaliyyət istiqamətləri və gələcək planlar, perspektiv layihələr barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb, Korporativ Sosial Məsuliyyət strategiyasının ən əsas istiqamətinin məhz ekoloji sağlam inşaat materialları istehsal etmək olduğu vurğulanıb.
“Mətanət A” şirkətinin baş texnoloqu tərəfindən ekoloji sağlam BLOKPAN məhsulu ilə bağlı iştirakçılara məlumat verilib və praktiki təqdimat keçirilib. Məhsulun gipsdən hazırlanan hazır hörgü materialı olmaqla daşıyıcı olmayan yerlərdə, ev, ofis, iaşə obyektləri və s yerlərdə ,həmçinin nəm rejimli yerlərdə arakəsmələrin hörülməsində istifadə olunduğu bildirilib. Qeyd olunub ki, məhsulun əsas üstünlükləri hörgü işinin tez və ucuz başa gəlməsi, daxili məkanlarda bütün növ hörgü daşlarını əvəz etməsi, səthinin hamarlığı, qara suvağa, astar və üzlük şpatlyovkaya ehtiyac qalmaması, üzərinə boya və divar kağızının birbaşa vurulması, asanlıqla podmayak səthin alınması, evlərdə və ofislərdə otaqların genişliyinə imkan yaratması, istilik və səs izolyasiya qabiliyyətinə malik olması, asan hörülməsi, ekoloji sağlamlığı, hazır divarlarda sınma və ya çatlama ehtimalının olmaması, zəlzələyə, yanğına davamlılığı və hiqroskopikliyidir.
Tədbir iştirakçılarına “Mətanət A” şirkətinin istehsal etdiyi ROKOL Venesianka məhsulu barədə də məlumat verilib. Şirkətin nümayəndəsi diqqətə çatdırıb ki, hər cür daxili suvanmış beton, gips və s. səthlərdə istifadə olunan ROKOL Venesianka məhsulu akrilik kopolimer əsaslı, birkomponentli, istifadəyə hazır, dekorativ daxili divar məcunudur. Məhsul cilalanımış mərmər effekti verir, səthə mükəmməl yapışır, suyu və nəmi dəf edir, səthdə parlaq dekorativ görüntü yaradır, silinəbilən, uzunömürlüdür və müxtəlif rənglərdə rənglənə bilir.
Mütəxəssis sintetik qətran əsaslı, tərkibində su və solvent olmayan, quruduqdan sonra səthdə elastiki təbəqə yaradan, ikikomponentli parket yapışdırıcısı olan PARMAWOOD məhsulu barədə geniş təqdimatla çıxış edib. Vurğulanıb ki, məhsul daxili məkanlarda, hətta isti döşəmələrdə hər cür ölçüdə olan parket laminat və ağac yer örtüklərinin yapışdırılmasında istifadə olunur.
Tədbir qonaqların geniş müzakirəsi ilə davam etdirilib, habelə onların məhsullarla bağlı olan müraciətləri mütəxəssislər tərəfindən cavablandırılıb.
Sonda tədbir iştirakçıları üçün ziyafət və “Şans oyunu” təşkil olunub.
Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır.
“Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə, 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.
Daha ətraflı: *3030 Çağrı Mərkəzi
www.matanata.com
www.facebook.com/MatanatA.company
www.youtube.com/MatanatAcompany