GÜNÜN ŞƏRHİ
Biz Ermənistanla həm də informasiya müharibəsi aparırıq. Bu müharibənin əsas istiqamətləri düşmənin yaydığı dezinformasiyaların yalan olduğunu üzə çıxarmaq, cəmiyyəti doğru xəbərlərlə təmin etməkdir. Təəssüf ki, bu reallıqları anlamayan çoxlu sayda media qurumlarımız, ucuz şöhrət, sosial şəbəkələrdə “layk” dalınca qaçan insanlarımız var. Və təəssüf ki, informasiya müharibəsinin ağırlığını öz üzərinə götürmüş kütləvi informasiya vasitələrinin əsas fəaliyyəti belə media qurumlarının və sadəlövh insanlarımızın yaydığı dezinformasiyaları təkzib etmək üzərində qurulur. Və yenə də təəssüf ki, uzun illərdir real həyatdan virtual həyata transfer olmuş, ömrünü “facebook”da keçirən bir çox soydaşlarımız informasiya müharibəsinin məsuliyyətini anlamır və özləri də bilmədən erməni təbliğat maşınının əlində vasitəyə çevrilirlər. Son olaraq ona təəssüf edirik ki, bir çox vətəndaşlarımız şayiə yaymaqla cəmiyyətdə bilərək və bilməyərəkdən ajiotaj yaratdıqlarını və buna görə cinayət məsuliyyəti daşıdıqlarını anlamırlar. Burada günah təkcə “facebook”da virtual ömür sürən şəxslərdə deyil, həm də operativlik missiyasını lazımınca yerinə yetirməyən media qurumlarındadır. Yenə də təəssüf!
Ilkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 4 Avqust
3196