Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi müəyyənləşdi - <span style="color:red;">FƏRMAN
08 aprel 2015 19:21 (UTC +04:00)

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi müəyyənləşdi - FƏRMAN

Prezident İlham Əliyev Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmanla  Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilib:



Komissiyanın sədri



İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti



Komissiyanın üzvləri



Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə –    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri

Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri

Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri

Tahir Salahov – Xalq Rəssamı

Arif Məlikov – Xalq Artisti

Ömər Eldarov – Xalq Rəssamı

Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti
 

Fərmanla “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv ediləcək. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həllini reallaşdıracaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377
avatar

Oxşar yazılar