İlaxır çərşənbə ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17 mart 2014 18:28 (UTC +04:00)

İlaxır çərşənbə ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, sabah Bakıda keçiriləcək ilaxır çərşənbə şənlikləri ilə əlaqədar, paytaxtın İstiqlaliyyət küçəsindən Əziz Əliyev küçəsi istiqamətinə nəqliyyatın hərəkətinə tədbir tam bitənə qədər məhdudiyyət tətbiq olunacaq.


V. Əsədov, bayram günlərində yol polisinin gücləndirilmiş iş rejimində çalışacağını da  bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar