Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru dəyişib.
APA-nın xəbərinə görə, Mərkəzin monitorinq və təhlil şöbəsinin müdiri Qəhrəman Haqverdiyev İSİM-in direktoru təyin edilib.
Qeyd edək ki, İSİM-in bundan əvvəlki direktoru Ceyhun Məmmədov bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.