Restorandan oğurluq:  yeməyə gəlib pul apardı
09 sentyabr 2025 12:11 (UTC +04:00)

Restorandan oğurluq: yeməyə gəlib pul apardı

0

Abşeron rayonunda restoranların birindən oğurluq olub.

Lent.az-ın əldə etdiyi məlumata görə obyektin sahibi ərazi üzrə polis orqanına məlumat verərək restoranın kassasından 3300 manatın oğurlanmasını bildirib. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Ə.Qıcılov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 662

Oxşar yazılar