Kimlər sığorta ödənişi ala bilərlər? - CAVAB
09 sentyabr 2025 12:56 (UTC +04:00)

Kimlər sığorta ödənişi ala bilərlər? - CAVAB

0

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu sığorta ödənişi almaq ilə bağlıdır.

Sığorta ödənişini almaq hüququna kimlər malikdir?

Lent.az xəbər verir ki, aşağıda qeyd olunan şəxslər sığorta ödənişi almaq hüququna malikdirlər:

“Azərbaycan Respublikası Milli Məclisinin deputatları, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər, barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşları, habelə onların vərəsələri sığorta ödənişini almaq hüququna malikdirlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar