<b>Oktyabrın 25-dək hava qeyri-sabit olacaq -</b> <span style="color:red;">XƏBƏRDARLIQ
19 oktyabr 2016 12:36 (UTC +04:00)

Oktyabrın 25-dək hava qeyri-sabit olacaq - XƏBƏRDARLIQ

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13  dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-9, gündüz 10-14, dağlarda gecə 0-5, gündüz 3-8 dərəcə isti olacaq. 

 

Oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar