General: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksəlib”
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin müdafiə qüdrəti möhkəmlənib”.
APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general – mayor Rasim Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksəlib və şəxsi heyətin mənəvi-psixoloji hazırlığı daha da artıb.
“Bu gün Azərbaycanda ordu quruculuğu, ordunun müasir standartlar səviyyəsində inkişaf etməsi və orduda milli – mənəvi dəyərlərin qorunması dövlətin prioritet siyasətinə çevrilib”, - R. Əliyev qeyd edib.
669