"Asan xidmət”də “Azərsu”nun müştəri xidmətləri göstərilir
30 yanvar 2015 16:23 (UTC +04:00)

"Asan xidmət”də “Azərsu”nun müştəri xidmətləri göstərilir

Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər.  “Azərsu”dan Lent.az-a verilən məlumata görə, ötən ilin may ayından etibarən “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılıb. Ötən 8 ay ərzində vətəndaşlar tərəfindən 10013 müraciət daxil olub.

Müraciətlərin 6711-i qeydiyyatda olan və “Azərsu” ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub. Bununla yanaşı, 1237 müraciət smart sayğacın digər smart sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 848 müraciət abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi, 1217 müraciət isə digər məsələlərlə bağlı olub. Ən çox müraciət Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət mərkəzində qeydə alınıb.


Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı, həmçinin Sumqayıt və Sabirabad şəhərindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar