Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə yerinə xəlb edilən xilasedicilər qaldırıcı səbətin altında qalmış 1969-cu il təvəllüdlü Mirzəyev Üzeyir Əmrah oğlunun cəsədini çıxarıblar. Cəsəd aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:27-də başa çatıb.