Əlyazmaların toplanmasında xidməti olanlara elmi dərəcələr veriləcək
23 dekabr 2013 13:02 (UTC +04:00)

Əlyazmaların toplanmasında xidməti olanlara elmi dərəcələr veriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) nəzdində fəaliyyət göstərən nəzəri-metodoloji seminarın “Dil və fəlsəfə (aktual və mübahisəli məsələlər)” mövzusunda növbəti iclası keçirilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.

 

Seminarda HİEB-in akademik-katibi Kamal Abdullayev bədii əsərlərə filosof mövqeyindən, fəlsəfi əsərlərə isə ədəbiyyatçı mövqeyindən baxılmasının zəruriliyini vurğulayıb.

 

Seminar üzvləri əlyazmaların toplanılması sahəsində xidmətləri olan şəxslərə elmi dərəcələrin verilməsi üçün Prezident yanında Ali Attestasiya Komissiyasına müraciət olunması, müasir elm baxımından izahlı çoxcildlik lüğətlərin yaranması, müxtəlif dünya dillərinin öyrənilməsi və s. qərara alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar