Elmin İnkişafı Fondunun yeni internet portalı və Fond tərəfindən yaradılmış “e-Qrant” – Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin təqdimatı keçirilib. Lent.az-ın xəbərinə görə, Prezident İlham Əliyev tərəfindən 2009-cu il 21 oktyabr tarixində yaradılmış Fond ötən 7 il ərzində yüzlərlə elmi-tədqiqat layihəsini maliyyələşdirib, yeni laboratoriyalar yaradıb, müxtəlif qurumlarda elmi cihaz və avadanlıqlar bazasını ən müasir səviyyədə yeniləyib, nəşrləri maliyyələşdirib, onlarla beynəlxalq və regional konfranslar keçirib, ixtisasartırma proqramlarına qrant ayırıb.
Daim öz fəaliyyətini təkmilləşdirən Fondun növbəti innovativ yanaşmalarından biri də müsabiqələrdə iştirakın elektron-dövlət prinsipinə uyğun olaraq “e-Qrant” şəklində reallaşdırılmasıdır.