Əhaliyə nə qədər istehlak malları satılıb? - STATİSİTKA
11 oktyabr 2013 11:38 (UTC +04:00)

Əhaliyə nə qədər istehlak malları satılıb? - STATİSİTKA

2013-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət bazarında əhaliyə 13,9 milyard manatlıq və ya keçən ilin doqquz ayı ilə müqayisədə 9,6 faiz çox müxtəlif istehlak malları satılıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.  İstehlak mallarının 51,9 faizini ərzaq, 48,1 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz artıb.

 

 
Yanvar-sentyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,8 milyon manat təşkil edib. Əhali onlayn rejimlə sifariş verdikləri istehlak mallarının 84,7 faizini hüquqi, 15,3 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,3 faizini qeyri-ərzaq malları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar