Azərbaycanda çörək yeyənlər azalıb - STATİSTİKA
06 sentyabr 2019 19:12 (UTC +04:00)

Azərbaycanda çörək yeyənlər azalıb - STATİSTİKA

Azərbaycanda əhali çörək və çörək məhsullarından daha az istifadə etməyə başlayıb. Əvəzində itrəvəz və bostan bitkilərindən istifadə artıb.

Lent.az Statistika Komitəsinə istinadla bildirir ki, ötən il ölkədə adambaşına 137 kq çörək və çörək məhsulları istifadə olunub.

2010-cu ildə bu rəqəm 151,3 kq olub. Ötən il tərəvəz və bostan bitkilərindən adambaşına istifadə 107,4 kq (2010-cu ildə 73,6 kq), kartof adambaşına 72,8 kq, (2010-cu ildə 44,1 kq), ət və ət məhsulları ötən il 33,7 kq (2010-cu ildə 27,9 kq), balıq və balıq məhsulları 7,2 kq (2010-cu ildə (6,2 kq), süd və süd məhsulları adambaşına 269,8 kq (2010-cu ildə isə 252,4 kq), yumurta adambaşına 159 ədəd (2010-cu ildə 122), meyvə və giləmeyvə ötən il 78,4 kq (2010-cu ildə 53,7 kq), qənd və qənnadı məmulatları 30,1 kq (2010-cu ildə 27,2 kq), bitki yağı və marqarindən istifadə ötən il adambaşına 10,6 kq (2010-cu ildə 8,5 kq) təşkil edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107

Oxşar yazılar