Daşkəsəndə raket tapıldı
23 iyul 2018 04:36 (UTC +04:00)

Daşkəsəndə raket tapıldı

Daşkəsəndə raket aşkarlanıb. Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Lent.az-a verilən xəbərə görə, 22 iyul tarixində saat 15:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Daşkəsən rayonu, Zivlan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə çay kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar