Daha bir marşrut kartla işləyəcək
01 noyabr 2016 12:47 (UTC +04:00)

Daha bir marşrut kartla işləyəcək

 

Bu gündən daha bir marşrut xətti üzrə də vahid ödəmə kart sisteminə keçid təmin edilib.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə,  bundan sonra 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını Bakı Kart vasitəsi ilə ödəyəcək. Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. Həmçinin şərnişinlərin Bakı Kartı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub. İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317
avatar

Oxşar yazılar