Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi daha 30 nəfər Şəkidəki istirahət-sağlamlıq mərkəzinə göndərib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” uyğun olaraq, mövsümün sonunadək daha 112 nəfər istirahətə yola salınacaq.
Mərkəzlərdə xüsusi proqram çərçivəsində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları təşkil edilir. Həmin şəxslər istirahət etdikləri müddətdə tibbi və fizioterapevtik prosedurlara da cəlb olunurlar.
Qeyd edək ki, ƏƏSMN tərəfindən bu ilin yaz-yay mövsümündə ölkənin Şəki, Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahəti təşkil olunan əlilliyi olan şəxslərin sayı 950 nəfərə çatıb.