Ölkə ərazisinə düşən intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsində artım qeydə alınıb, daşqın baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Lent.a-a açıqlamasında deyib ki, artıq neçə gündür yağan intensiv yağışlar nəticəsində ölkə ərazisindəki bəzi çaylar sahilindən çıxaraq ətraf ərazilərə də ziyan vurub. Daha çox gursululuq Dəmiraparançayda nəzərə çarpıb.
Bundan başqa, yağışların yağması, normadan artıq yağıntının düşməsi Göyçay, Girdimançay, Qusarçay, Qudyalçay, Vəlvələçayda da daşqına keçən gursululuğa səbəb olub.