Təhsil İdarəsi “Məktəb seminarları” layihəsinə start verəcək
13 oktyabr 2016 13:24 (UTC +04:00)

Təhsil İdarəsi “Məktəb seminarları” layihəsinə start verəcək

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdıracaq.

 

BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 19-da “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsinə start veriləcək.

 

Belə ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

 

“Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Səmərəli məktəb yaradaq” təşəbbüsü çərçivəsində “Məktəb seminarları”, “Oxu marafonu”, “Qlobal yazı”, “Beynəlxalq əməkdaşlıq”, “75 məktəb”, “Qlobal vətəndaşlıq”, “Məktəb idarəetməsinin dəstəklənməsi”, “Kitabxana dərsləri” və digər silsilə layihələr həyata keçiriləcək.

 

Layihədə Bakı şəhərinin 12 inzibati rayonu daxil olmaqla, bütün məktəblərin direktorları, təlim-tərbiyə  və  təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, məktəb icmaları və valideyn komitələrinin rəhbərləri, yuxarı sinif şagirdləri, habelə  metodbirləşmə rəhbəri və qabaqcıl müəllimlər iştirak edəcək.

İlk olaraq layihənin icrasına Pirallahı rayonunda yerləşən 186 nömrəli tam orta məktəbdə başlanılacaq.

 

Qeyd edək ki, “Məktəb seminarları” layihəsi 2015-2016-cı tədris ilində təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud olan uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə həyata keçirilən “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” layihəsinin davamıdır. Layihənin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermə”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar