Binəqədidə gənclər günü
01 fevral 2014 20:14 (UTC +04:00)

Binəqədidə gənclər günü

Bakının Binəqədi rayonunda 2 fevral – Gənclər günü münasibəti geniş qeyd

olunub.

 

Lent.az-ın məlumatına görə, tədbirdə Binəqədi
rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər
Musayev, Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş
İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin
sədri Seymur Orucov, Gənclər Təşkilatları Milli
Şurasının sədri Şahin Seyidzadə, Tələbə Gənclər Təşkilatları
İttifaqının sədri Şahin İsmayılov, Binəqədi, Yasamal, Nərimanov, Sabunçu,
Suraxanı rayon RİH başçısının müavinləri, Aparatın məsul işçiləri və rayonun
ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin
rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən bir qrup əsgər və
zabitlər iştirak edib.
 

Tədbirdə X. İsgəndərov əsası Heydər Əliyev tərəfindən qoyulan və prezident
İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc
nəslin qarşısında yeni yollar açdığını diqqətə çatdırıb. RİH başçısı bu mənada
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə
müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğuladı. Tədbirdə
rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif
sahələrdə nailiyyətlər qazanmış beş nəfər gənc rayon icra hakimiyyəti
başçısının  fəxri fərmanı ilə təltif edildilər. Binəqədi Rayon İcra
Hakimiyyəti tərəfindən bir gəncin İngiltərənin London Meridian Kollecinə
ingilis dili kurslarına göndəriləcəyi elan edilib.
 

Tədbir xaricdə təhsil alan binəqədili tələbələrin təbrikini əks etdirən
videoçarxın nümayişi ilə davam etdirilib. Bədii hissədə Natiq ritm qrupunun
hazırladığı proqram, «Şeron» qrupunun ifasında mahnılar, əməkdar artist Ədalət
Şükürov, müğənnilər Ramal və Xəyyam Mustafazadənin ifasında musiqi parçaları
təqdim edildi. Həmçinin, milli və dünya rəqsindən səhnələr göstərilib.

# 1294
avatar

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57