Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına 65 müraciət daxil olub. Lent.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, onlardan 61-i idman müsabiqəsinin qalibləri, 3 nəfər beynəlxalq fənn olimpiadasının qalibi (2-si riyaziyyat, 1-i isə kimya fənni üzrə), 1 nəfər isə beynəlxalq musiqi festivalının qalibidir: “Hazırda onların ərizələri araşdırılır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər lazımi sənədləri 1-21 may tarixlərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər. Bu gün də onlar üçün ayrılan vaxt başa çatır”.

Oxşar yazılar

Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08
Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI
4 iyul 2025 , 09:54
Üç BÜRC maqnit kimi pulu cəlb edir: iyul ayında kim qazanacaq?
4 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 iyul 2025 , 08:34
İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17