Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya ofisinin (TİKA) əməkdaşları – koordinator Mustafa Haşim Polat və koordinator müavini İsmail Gürleklə görüşü keçirilib. Lent.az-ın məlumatına görə, rektor Bakı Dövlət Universitetinin tarixi və bu günü barədə məlumat verib, burada işləyən professor-müəllim heyətinin son illər əldə etdiyi uğurlardan bəhs edib.
Rektor universitetin beynəlxalq əlaqələrinin inkişaf etdiyini, o cümlədən Türkiyə universitetləri ilə uğurlu əlaqələr qurulduğunu və bu istiqamətdə münasibətlərin yüksələn xətlə davam etdirildiyini nəzərə çatdırıb.
Görüşdə Avropa Şurası proqramı çərçivəsində Bakı Dövlət Universitetində telestudiyanın yaradılması, Jurnalistika fakültəsində radiostudiyanın maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonda layihənin gerçəkləşdirilməsi ilə bağlı müəyyən qərarlar qəbul edilib.

BDU-da telestudiya yaradılacaq
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46