Baytarlıq Xidməti Xəzər sahillərində monitorinq keçirəcək
05 mart 2014 22:27 (UTC +04:00)

Baytarlıq Xidməti Xəzər sahillərində monitorinq keçirəcək

“Kütləvi İnformasiya Vasitələrində İran İslam Respublikasının Mazandaran əyalətinin

Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatlar yayılıb.

 

Lent.az-ın Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, qurum ölkəmizin Xəzər sahillərində və ona yaxın ərazilərdə monitorinq keçirilməsi,bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə göstəriş verib.

 

Mənbə bildirib ki, göstərişə uyğun olaraq ölkənin Xəzərsahili rayonlarının baytarlıq idarələrinə telefonoqram göndərilib. Telefonoqramda dəniz sahili ərazilərdə monitorinq keçirilməsi, ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələrin götürülməsi, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar