Bakının reklam lövhələrinin adlarında dil qaydaları pozulub
01 iyul 2013 16:18 (UTC +04:00)

Bakının reklam lövhələrinin adlarında dil qaydaları pozulub

Azərbaycan Dil Qurumu İB-in Monitorinq Qrupu paytaxtdakı reklam lövhələri və  xidmət obyektlərinin adlarının ana dili normaları baxımından monitorinqini keçirib. Lent.az-ın məlumatına görə, monitorinq Azərbaycan Dil Qurumunun AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qalib elan etdiyi layihəsi çərçivəsində həyata keçirilib. Monitorinq paytaxtın mərkəzdən nisbətən kənar ərazilərində aparılıb.  

 

Ümumilikdə  837 ədəd reklam lövhəsi və xidmət obyekti monitorinqə cəlb edilib və foto-video çəkilişlər aparılıb. Bunlardan 412-si reklam lövhəsi və elan, 425-i isə xidmət obyektləridir.

 

Monitorinqin nəticələrinə əsasən, reklam lövhələrinin 45,1 %-i, xidmət obyektlərinin isə 24,9 %-nın adları orijinalda (ingiliscədə) olduğu kimi yazılıb. Reklam lövhələrinin 15,7 %-i, xidmət obyektlərinin 4,2 %-inin adları yanlış yazılıb, reklam lövhələrinin 2,9 %-ində isə mənası anlaşılmayan ifadələrdən istifadə olunub.

 

Dövlət idarələrinin adının yazılışında ikinci dil kimi ingiliscədən istifadə olunub və bəzən ingiliscə yazılmış lövhələr birinci asılıb.

 

Yol keçidlərində vurulan sitatlarda bəzən orfoqrafik yanlışlıqlara rast gəlinib.

Bəzən ali məktəblərə hazırlıq və ya dil kursları elanlarında da yazı qaydalarının ciddi pozuntusu qeydə alınıb: “Monitorinq Qrupu hesab edir ki, bu kimi ciddi yanlışlıqların bir səbəbi reklam lövhələri hazırlayan müəssisələrdə çalışanların dil bilgisizliyindən, firma və nümayəndəlik sahiblərinin ana dilinə laqeydliyindəndirsə, digər səbəbi rəsmi dövlət qurumlarının “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanununu kobud surətdə pozmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar