Bakıda dənizkənarı avtomobil yolu salınacaq
14 sentyabr 2013 11:50 (UTC +04:00)

Bakıda dənizkənarı avtomobil yolu salınacaq

Bakı şəhərinin Xətai rayonunda yeni avtomobil yolu salınır.


 

Artıq bir neçə aydır ərazidə tikinti işləri aparılır. Uzunluğu 2 kilometr, eni 45 metr olacaq yolun 1,4 kilometri Nobel prospektinə paralel olacaq, yolun qalan hissəsi isə dənizə perpendikulyar çəkiləcək. Bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, həmin paralel yol 8 zolaqlı, dənizə perpendikulyar olacaq hissəsinin isə 6 zolaqlı olması nəzərdə tutulub.

 

Dənizkəranı avtomobil yolunda piyada keçidləri ilə yanaşı, piyadaların rahat hərəkət etməsi üçün səkilər də salınacaq.

 

P. Mürsəliyev əlavə edib ki, tikinti işləri vaxtında və heç bir maneəsiz icra olunarsa, yolun tikintisi bu ilin sonu, gələn ilin əvvəlinə yekunlaşacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar