Azərbaycanda 41 özəl bağça var
04 avqust 2014 15:27 (UTC +04:00)

Azərbaycanda 41 özəl bağça var

0

 

Azərbaycanda hazırda 1680 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.


 

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə,  bunlardan 1639-u dövlət, 41-i isə özəldir.

 

Məktəbəqədər təhsil müəssisələrindəki uşaqların sayı min nəfərə 107.7 nəfər təşkil edir. Onlardan 106.1 nəfəri dövlət, 1.6 nəfəri isə özəl məktəbəqədər təhsil müəssisəsində təhsil alır.

Hər yüz yerə düşən uşaqların sayı isə 89-dur. Uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi (1-5 yaşlı uşaqların ümumi sayına nisbətən) 13.3 faizdir.

 

Şəhər yerləri üzrə isə məktəbəqədər təhsil müəssisələrinin sayı 947-dir. Həmin məktəbəqədər təhsil müəssisələrindən 906-sı dövlət, 41-i özəldir.

 

Kənd yerləri üzrə isə məktəbəqədər təhsil müəssisələrinin sayı 733-dür. Kənd yerlərində məktəbəqədər təhsil müəssisələri içərisində özəl məktəbəqədər müəssisə yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 872

Oxşar yazılar