Azərbaycan Respublikasının Xəzər siyasəti
01 avqust 2014 10:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Xəzər siyasəti

Azərbaycan Respublikası Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasında mehriban qonşuluq, qarşılıqlı suveren hüquqlara hörmət, ərazi bütövlüyünün tanınması prinsiplərini əsas götürərək ən konstruktiv təklif irəli sürən tərəf hesab olunur. Əldə olunan məlumatlara əsasən, Azərbaycan Respublikasının konseptual mövqeyinə görə Xəzər dənizi sahilyanı dövlətlərin suveren hüquqları və yurisdiksiyası şamil olunan müvafiq sektorlara bölünməlidir. Xəzər dənizinin sahilyanı dövlətlər arasında sektorlara bölünməsi orta xətt prinsipi nəzərə alınmaqla, bu dənizdə təşəkkül tapmış təcrübə, beynəlxalq hüququn tanınan prinsipləri və sahilyanı dövlətlərin Xəzər dənizində suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməlidir. Azərbaycan Respublikasının mövqeyinə görə;

a)     Xəzər açıq dəniz deyildir, çünki dünya okeanı ilə bilavasitə əlaqəsi yoxdur;

b)    Xəzər qapalı dəniz də deyildir, çünki dünya okeanına təbii çıxış yolu var;

c)     Xəzər daxili dəniz deyildir. Daxili su hövzəsi və daxili göl deyildir, çünki bir dövlətin içərisində yerləşmir;

d)    Xəzər 5 dövlət arasında yerləşən sərhəd gölüdür.

Bütün bunları əsas götürən Azərbaycan Respublikasının məsələyə konseptual

münasibəti ondan ibarətdir ki, Xəzər dənizi beynəlxalq sərhəd gölü kimi müvafiq sektorlara bölünməlidir və həmin sektorlara sahilyanı dövlətlərin tam suverenliyi şamil edilməlidir.

Azərbaycan Respublikasının təklifinə görə, Xəzər dənizinin sektorları orta xəttin müvafiq sektorların xarici sərhədini çəkmək nəticəsində yaradılır və Xəzəryanı dövlətlərin dövlət sərhədi sayılır. Xəzəryanı dövlətlərdən hər hansı birinin digər sahilyanı dövlətin sektorunda hər hansı fəaliyyəti yalnız sonuncunun razılığı ilə həyata keçirilə bilər.

Azərbaycan Respublikası belə bir variant təklif edir ki, sərhəd gölü kimi Xəzərin sahil dövlətləri arasında sektorlara bölünməli, həmin sektorlar Xəzəryanı dövlətlərin suveren ərazilərinin bir hissəsi olmalıdır.

Nəticədə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası onu özündən daim asılı vəziyyətdə saxlamağa çalışan Rusiya Federasiyasının bütün təzyiqlərinə, qeyri-konstruktiv təkliflərinə baxmayaraq öz mövqeyini beynəlxalq hüquqa söykənərək bəyan etmiş və bu mövqeyi daim qoruyub saxlamışdır. Eyni zamanda Xəzərin ona aid olan hissəsində həyata keçirdiyi enerji layihələrində beynəlxalq hüququn müvafiq prinsiplərini nəzərə alan Azərbaycan Respublikası həmçinin region dövlətlərinin də ortaq milli maraqlarını əsas tutmuşdur və hal-hazırda da bu prinsip və maraqların qorunmasına nəzarət edir.

Ləman xƏLİLOVA

aZERBAİJAN rEALİTİES

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625
avatar

Oxşar yazılar