Aydın Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
22 oktyabr 2016 11:43 (UTC +04:00)

Aydın Əliyev Balakəndə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədriAydın Əliyev oktyabrın 28-də saat 10:30-da Balakən şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti 42) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Komitənin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 27-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: ((024) 295-08-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

 
 
  •  
  •  
  •  
  •  
  •  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar