Allahşükür Paşazadə, Kamal Abdulla və Mübariz Qurbanlı qan verib
12 oktyabr 2016 12:23 (UTC +04:00)

Allahşükür Paşazadə, Kamal Abdulla və Mübariz Qurbanlı qan verib

Aşura günü ilə bağlı “Təzəpir” məscidində keçirilən aksiya davam edir.

 

APA-nın xəbərinə görə, qanvermə aksiyasında iştirak edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və bəzi deputatlar, dini konfessiyaların rəhbərləri də var.

 

Qeyd edək ki, bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

 

Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkə üzrə 15 məsciddə keçirilir.

 

Aksiya saat 19-dək davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

APA Baycan

Oxşar yazılar