Ağdaşda əmək yarmarkası keçirilib
25 sentyabr 2014 15:08 (UTC +04:00)

Ağdaşda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Ağdaşda əmək yarmarkası keçirib. ƏƏSMN-dən Lent.az-a verilən xəbərə görə, tədbirdə işsiz və işaxtaran vətəndaşlara 23-ü qeyri-dövlət sektoruna məxsus 39 müəssisədən 200-ə yaxın boş (vakant) iş yeri təqdim edilib. Yarmarkada 85 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib. Həmçinin, tədbir zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 14 nəfərin, ödənişli ictimai işlərdə çalışmaq üçün isə 13 nəfərin qeydiyyatı aparılıb.


ƏƏSMN tərəfindən bölgələrdə keçirilən Əmək yarmarkaları sabah 5 - Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584
avatar

Oxşar yazılar