[b]DYP-dən sürücülərə[/b] XƏBƏRDARLIQ: [b]o müddət bitdi[/b]
12 avqust 2016 12:43 (UTC +04:00)

[b]DYP-dən sürücülərə[/b] XƏBƏRDARLIQ: [b]o müddət bitdi[/b]

Yüngül minik avtomobillərin dövlət texniki baxışından keçmə müddəti avqustun 1-də başa çatıb. Bakı şəhər BPİ DYPİ-nin ictimai əlaqələr bölməsindən Lent.az-a verilən məlumata görə, nəzərdə tutulan müddət ərzində texniki baxışdan keçməyən avtomobillərin sürücüləri qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati məsuliyyət daşıyır. Bakı şəhər Baş Polis DYPİ-nin əməkdaşları tərəfindən ötən günlər ərzində qanun tələblərini pozan 97 sürücü müəyyən olunaraq, texniki baxışdan keçmədəyinə görə məsuliyyətə cəlb olunub.

 

Sürücülər minik avtomobilini istehsal ilinin 5-ci, 7-ci, 9-cu illərində, 11-ci ilindən artıq hər il texniki baxışa təqdim etməlidir. İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Qanunla ilə müəyyən edilən qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu qaydaları pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

 

Nəqliyyat vasitələrinə texniki baxış nəqliyyat vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq, avtomobil sahibləri DİN Baş Dövlət Yol Polis İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilən texniki müayinə mərkəzində həftənin bütün günləri, fasiləsiz olaraq keçirilir.

# 57
avatar

Oxşar yazılar