Azərbaycan dövləti tərəfindən ötən gün cəbhədə şəhid olan 9 hərbçinin ailəsinə kompensasiya veriləcək. Lent.az-ın məlumatına görə, bu barədə azvision.az-a Müdafiə Nazirliyindən bildirilib. Xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan hərbiçilərin ailələrinə 11 min manat məbləğində kompensasiya ödəniləcək.
MN-dən həmçinin qeyd edilib ki, şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir.
Qeyd edək ki, ötən gün cəbhə xəttində ordumuz 9 şəhid verib, 4 hərbçimiz isə yaralanıb.
Şəhidlərin ailələrinə 11 min manat veriləcək
4607